Azərbaycan Respublikasında humanitar yardımların qəbulu, qeydiyyatı, bölüşdürülməsi və təyinatı üzrə çatdırılması QAYDALARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

25 fevral 1998-ci il tarixlı iclasının qərarına

 uyğun olaraq hazırlanmış və Beynəlxalq

 Humanitar Yardım üzrə Respublika

             Komissiyası tərəfindən                                                 

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasında humanitar

yardımların qəbulu, qeydiyyatı, bölüşdürülməsi 

və təyinatı üzrə çatdırılması

 

                                                       QAYDALARI

 

                                                   1.Ümumi müddəalar

        1.1. Qaçqınların və məcburi köçkünlərin, əhalinin aztəminatlı təbəqəsinin sosial problemlərinin həlli, onların ərzaq, qeyri ərzaq və sığınacaqla təmin olunması, tibbi xidmət göstərilməsi məqsədilə Azərbaycanda xeyli beynəlxalq humanitar təşkilat fəaliyyət göstərir. Bu qəbildən olan əhalinin, həmçinin digər kateqoryalardan 24 iyun 1994-cü il tarixli 248 saylı olan aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün ayrı-ayrı xarici ölkələrdən və təşkilatlardan da dövlət orqanlarının, qeyri hökumət təşkilatlarının, fiziki və hüquqi  şəxslərin, ünvanına humanitar yardımlar daxil olur. Eyni zamanda respublikanın aidiyyatı dövlət orqanlarının, fiziki və hüquqi  şəxslərin, qeyri hökumət təşkilatlarının xətti ilə yardımlar göstərilir. 

      Respublikada beynəlxalq  və yerli humanitar təşkilatlar, dövlət təşkilatları, fiziki və hüquqi  şəxslərlə   dövlət orqanları arasında əməkdaşlıq əlaqələri. Bu təşkilatların fəaliyyətləri Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il 144 saylı sərəncamı ilə yaradılmış Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 9 mart tarixli 164nömrəli sərəncamı ilə təsdiq edilmiş Əsasnaməsi, Nazirlər Kabinetinin 24 iyun 1994-cü il tarixli 248 saylı “Respublikaya göstərilən humanitar yardımların bölüşdürülməsi, təyinatı üzrə çatdırılmasının vəziyyəti və bu işlərin təkmilləşdirilməsi tədbirləri haqqında”, 2 noyabr 1994-cü il tarixli 376 saylı “Azərbaycan Respublikasında beynəlxalq  humanitar təşkilatlar və onların nümayəndəlikləri haqqında”, 16 iyun 1997-ci il tarixli 61 saylı “Azərbaycan Respublikası ərazisinə gətirilən. Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında”, 22 aprel 1998-ci il tarixli 91 saylı “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında “ qərarları ilə tənzimlənir.

       1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 1998-ci il tarixli 91 nömrəli qərarına uyğun olaraq dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin xətti ilə təmənnasız paylanması üçün  humanitar yardım kimi gətirilən mallar gömrükdə rəsmiləşdirilərkən həmin malları gətirən humanitar təşkilatlar Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının təsdiq etdiyi siyahı əsasında Azərbaycan Respublikası ərazisində mövcud qaydada dövlət qeydiyyatından keçməsi barədə sənədi, digər hüquqi və fiziki şəxslər isə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığını gömrük orqanlarına təqdim etməlidirlər.

      1.3. Respublikaya gətirilən humanitar yardımlar haqqında aidiyyəti olaraq Xarici İşlər Nazirliyi və və Dövlət Gömrük Komitəsi Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına məlumat verməlidirlər və və bu məlumatların Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən dəqiq uçotu aparılmalıdır ( əlavə olunmuş formalar əsasında). 

       1.4. Humanitar yardım haqqında Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına göndərilən məlumatlara aşağıdakılar daxil edilməlidir: yardımların bütün çeşidlər ezrə adı, miqdarı, dəyəri, hansı ölkə və ya təşkilat tərəfindən  hansı təşkilatın ünvanına göndərildiyi, ərzaq malları üçün sertifikatları (fitasanitar-gigiyena sertifikatları), dərman preparatları üçün isə hazırlandığı vaxt və istifadəyə yararlılıq müddəti.

        1.5. Yüklərin Azərbaycan sərhədlərindən gömrük anbarlarına və ya digər boşaltma məntəqələrinə gətirilib təhvil verilən ana qədər daşımanı həyata keçirən və yükü qəbul edən təşkilat, yaxud dövlət orqanı yüklərin toxunulmazlığını və yol sənədinə əsasən faktiki sayına və miqdarına uyğunluğunu təmin edir və birbaşa cavabdehlik daşıyır.

        1.6. Respublikaya humanitar yardım kimi gətirilən ərzaq məhsullarının ən azı 6 ay, dərman preparatları və tibbi ləvazimatların isə 1 il yararlılıq müddəti olmalıdır.

 

II. Humanitar yardımların gömrük

məntəqələrində sənədləşdirilməsi qaydaları

 

      II. 1. Bütün bu humanitar yardımlar Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının rəsmi göstərişi əsasında  gömrük məntəqələrində rəsmiləşdirilir.

        II. 2. Humanitar yardımın operativ qəbulunu təşkil etmək məqsədilə yardımı qəbul edən təşkilat həmin yükün gömrük məntəqəsində rəsmiləşdirilməsi və təyinatı barədə məlumatı əvvəlcədən Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına bildirilir və Komissiya həmin yükün gömrük orqanlarında rəsmiləşdirilməsinə köməklik göstərir.

     II. 3. Dövlət Gömrük Komitəsi respublikaya xarici ölkələrdən, ayrı-ayrı təşkilatlardan daxil olan humanitar yardımların rəsmiləşdirilməsini aidiyyəti üzrə Səhiyyə Nazirliyinin, Dövlət Bitkilərin Karantin Müfəttışliyi “Azərkarantin”in, Nazirlər Kabineti Yanında Baytarlıq Komitəsinin və Ticarət-Sənaye Palatası mütiştirakı ilə həyata keçirilir.

     II. 4.  Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Nazirlər Kabineti Yanında Baytarlıq Komitəsi, Dövlət Bitkilərin Karantin Müfəttışliyi “Azərkarantin”in, Ticarət-Sənaye Palatası humanitar yardım kimi daxil olmuş məhsulların keyfiyyətinin yoxlanılması üçün lazımi tədbirləri görür, daxil olmuş məhsullardan götürülmüş nümunələrin tabeliklərində olan labaratoriyalarda müvafiq normativlərlə müəyyənləşdirilmiş müddətlərdə müayinə olunmasını və aidiyyəti üzrə operativ cavab göndərilməsini təmin edirlər.

      II. 5. Dövlət Gömrük Komitəsi humanitar yüklərin yer saylarının və miqdarının müvafiq sənədləsasında və müxtəlif çeşidlər üzrə dəyəri göstərilməklə rəsmiləşdirilməsini təmin edir.

     II. 6. Ölkəyə idxal olan maliyyə yardımlarından təyinatı üzrə istifadə müvafiq qanunvericiklərlə tənzimlənir. Humanitar təşkilatlar və xeyriyyə cəmiyyətləri bu barədə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına aylıq hesabat təqdim edir.

      II. 7. Humanitar yardımın bölüşdürülməsi  və bilavasitə yardım alacaq şəxslərə çatdırılması ilə məşğul olan dövlət orqanları və qeyri hökumət təşkilatları müvafiq məlumatların hazırlanması üçün Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına və Dövlət Statistikası Komitəsinə rüblük hesabatlar təqdim etməlidirlər (əlavə olunmuş formalar əsasında).

 

III. Respublikada fəaliyyət göstərən beynəlxalq

humanitar təşkilatların ünvanına daxil olan

yardımların  təyinatı üzrə çatdırılmasıqaydası

 

       III. 1.  Respublikada fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar ünvanlarına daxil olan humanitar yardımların yol sənədlərində qeyd olunmuş miqdarda və məbləğdə qəbuluna və saxlanılmasına tam məsuliyyət daşıyırlar.

        III. 2. Beynəlxalq humanitar təşkilatlar özlərinin bütün növ humanitar yardım proqramlarına başlamazdan əvvəl Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına məlumat verməli və proqramlar Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə həyata keçirilməlidir.

       III. 3.  Beynəlxalq humanitar təşkilatların fəaliyyəti haqqında Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası zəruri məlumatlar almalı, bu məlumatlara əsasən onların fəaliyyətlərinin istiqamətləndirilməsini təmin etməlidir.  Məlumatlarda proqramların adı. Həyata keçirildiyi ərazi, yardımın adı və miqdarı, dəyəri, yardımla əhatə olunan aztəminatlı əhalinin sayı qeyd olunmalıdır.

        III. 4.  Yerlərdə  beynəlxalq humanitar təşkilatlar tərəfindən yardım alacaq əhali qrupunun siyahısı şəhər və rayon icra hakimiyyətləri tərəfindən tərtib olunur, nömrə və tarix qoyulmaqla siyahısı şəhər və rayon icra hakimiyyətləri tərəfindən imzalanır və müvafiq şöbədə surəti saxlanılaraq qeydiyyatdan keçirilir. Yardımların qrafik əsasında nəzərdə tutulan əhali qrupuna paylanılmasına   beynəlxalq humanitar təşkilatlar, şəhər və rayon icra hakimiyyətləri məsuliyyət daşıyırlar.

        III. 5. Beynəlxalq humanitar təşkilatların xətti ilə gətirilən, dövlət orqanları və qeyri hökumət təşkilatlarına ayrılan humanitar yardımlar və maliyyə vəsaitləri həmin təşkilatların rəhbərlərinin imzası və möhürü ilə təsdiq olunmuş vəkalətnamələr və digər rəsmi sənədlər əsasında verilməlidir və həmin orqanlar bu yardımlara və vəsaitlərə görə hesabatlara 1 ay müddətinə beynəlxalq humanitar təşkilatlara və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına təqdim etməlidirlər (əlavə olunmuş formalar əsasında). Yardımların mədaxilinə və məxaricinə dair sənədlərin əsli 5 il müddətində onu qəbul edən təşkilatların mühasibatlığında saxlanılır və sonra arxivə təhvil verilir.

 

           IV.  Respublika hökumətinin, aidiyyəti dövlət

orqanlarının  fiziki və hüquqi  şəxslərin

ünvanlarına daxil olan yardımların qəbulu,

saxlanılması, bölüşdürülməsi  və təyinatı

üzrə çatdırılması qaydası

 

          IV. 1. Respublika hökumətinin, aidiyyəti dövlət orqanlarının  fiziki və hüquqi  şəxslərin ünvanlarına daxil olan yardımlar Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının göstərişinə uyğun olaraq gömrük məntəqələrində rəsmiləşdirilir. Hökumətin ünvanına daxil olan yardımların qəbulu üçün  Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası aidiyyəti dövlət orqanına ( nazirlik, komitə, şəhər və rayon icra hakimiyyətləri və s.) göstəriş verir. Yardımların bölgüsü və təyinatı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə rəsmi olaraq razılaşdırılır.

       IV. 2. Humanitar yardımlar yerli icra hakimiyyətlərinin (aidiyyəti təşkilat rəhbərlərinin) vəkalətnamə kitablarında qeydə alınmış və icra hakimiyyətləri başçıları (təşkilat rəhbərləri) tərəfindən imzalanmış vəkalətnamələri əsasında buraxılır. Vəkalətnamələr yalnız şəhər və rayon icra hakimiyyətləri və digər təşkilatların məsul işçilərinin adına verilə bilər.

    IV. 3. Bölgüdə humanitar yardımların təyinatı konkret olaraq göstərilməlidir.

    IV. 4. Şəhər və rayon icra hakimiyyətlərində yardımlar xüsusi komissiyalar. Vasitəsilə qəbul olunmalı, kənd, qəsəbə mənzil istismar sahələrinə onların vəkalətnamələri ilə buraxılmalı, yardımların məxaric sənədləri şəhər və rayon icra hakimiyyətlərinin mühasibatlığında Maliyyə Nazirliyinin müvafiq təlimatlarına uyğun balansarxası hesabatlarda uçotu aparılmaqla saxlanılmalıdır.

      IV. 5. Yardımlar paylanılarkən paylanma cədvəlləri tərtib edilməli, cədvəldə paylanan yardımın adı, hansı təşkilatın xətti ilə və hansı tarixdə paylanıldığı, miqdarı rəqəmlə və sözlə göstərilməli, aztəminatlı ailələrin, qaçqınların və məcburi köçkünlərin ( əvvəlki daimi yaşadıqları və hazırda müvəqqəti məskunlaşdıqları)  ünvanları, ailə üzvlərinin sayı, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənədin adı, seriya və nömrəsi, imzalar təmin olunmalıdır. Yardımların paylanma cədvəlləri və paylanmaya dair məlumatlar hər hansı səlahiyyətli orqan tərəfindən rəsmən tələb edildikdə  sənədlər yalnız şəhər və rayon icra hakimiyyətlərinə ( təşkilat rəhbərinin) rəsmi məktubu ilə təqdim olunmalıdır.

Humanitar yardımın qəbulu, qeydiyyatı, bölüşdürülməsi  və paylanmasına dair sənədlər və məlumatlar istintaq və prakurorluq orqanlarının qanunvericiliklə müəyyən olunmuş qaydada qərar və müraciətlərinə əsasən təqdim olunur. Bu cür hallarda həmin təşkilatlar tərəfindən cədvəllərin alınmasına dair möhürlü qəbz verilməli, qəbz yardımların qaimələri və paylanma cədvəlləri əlavə edilməklə saxlanılmalıdır.

        IV. 6. Hər bir təşkilatda yardımlar üçün verilən vəkalətnamələrin, mədaxil və məxaricin ayrıca qeydiyyatı aparılmalı, yardımların paylanmasının başa çatdırılması yardım ayıran təşkilat tərəfindən qoyulmuş müddətdə təmin olunmalıdır.

        IV. 7. Yardım göstərən təşkilat tərəfindən  yardım proqramının həyata keçiriləcəyi ərazilərin şəhər və rayon icra hakimiyyətlərinə əvvəlcədən bu barədə rəsmi məlumat verməlidir.

 

                  V. Respublikada ayrı –ayrı nazirlik, komitə, şirkət,

konsern, müəssisə, xeyriyyə təşkilatları və s.

 tərəfindən göstərilən yardımların təyinatı

 üzrə çatdırılması qaydası

 

           V. 1.  Respublikanın  nazirlik, komitə, şirkət, konsern, müəssisə, xeyriyyə təşkilatları, iş adamları  və s.  respublika ərazisində göstərəcəkləri yardımların miqdarı, məbləği , çeşidi və təyinatı barədə əvvəlcədən Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına rəsmi məlumat verir, yardımların bölgüsünü və təyinatı üzrə çatdırılmasınıonun razılığı əsasında həyata keçirirlər. Yardımların paylanmasına dair Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasına və  Dövlət Statistika Komitəsinə müəyyən olunmuş qaydada statistik formaya uyğun hesabat verirlər. Həmin təşkilatlar yardımların təyinatı üzrə çatdırılması, sənədləşmə işlərinin müvafiq qaydada aparılması, paylanma cədvəllərinin 5 iı müddətinə saxlanılması üçün tam məsuliyyət daşıyırlar.        

respublikaya gətirilmiş təşkilatların bilavasitə özləri tərəfindən paylanıldıqda məxaricə dair sənədlər həmin təşkilatların özlərində, digər dövlət orqanlarına verildikdə isə yardımı qəbul edən orqanlarda saxlanılır.

 

VI . Humanitar yardım kimi respublikaya gətirilmiş,

respublika daxilində göstərilən istifadəyə

                                yararsız və yararlılıq müddəti keçmiş

   humanitar yardımların silinməsi qaydası

 

          VI.1. Respublikaya humanitar yardım kimi gətirilmiş, yaxud respublika ərazisində göstərilən yararsız və yararlılıq müddəti keçmiş humanitar yardımların yararsız və yararlılıq müddəti keçmiş ərzaq məhsullarının, dərman maddələrinin, tibbi ləvazimatın və digər məhsulların silinməsi və məhv edilməsi yardım göstərən təşkilatın, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin,, aidiyyəti üzrə Səhiyyə Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ticarət-Sənaye Palatasının,  Dövlət Baytarlıq Komitəsinin, Dövlət Bitkilərin Karantin Müfəttışliyi “Azərkarantin”in mütəxəssislərinin iştirakı ilə həyata keçirilir və Dövlət Statistika Komitəsinə məlumat verilir.

                                           VII. Məsuliyyət

 

          VII.1. Humanitar yardımların qəbulu, qeydiyyatı,  rəsmiləşdirilməsi,  bölüşdürülməsi, təyinatına görə  çatdırılması və keyfiyyətinə aidiyyəti üzrə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Bitkilərin Karantin Müfəttışliyi “Azərkarantin”in şəhər və rayon icra hakimiyyətləri və digər dövlət orqanları nəzarət edir və məsuliyyət daşıyırlar.

          VII. 2. Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi ilə birlikdə göstərilən yardımların hesabatının aparılmasını və vahid informasiya bankının yaradılmasını təşkil edir.

 

Qeyd:  “Azərbaycan Respublikasında humanitar yardımların qəbulu, qeydiyyatı,          

              bölüşdürülməsi vətəyinatı üzrə  çatdırılması qaydaları “ Maliyyə Nazirliyi,

              Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsi                  

             ilə birgə hazırlanmışdır.

 

Beynəlxalq Humanitar Yardım

üzrə Respublika Komissiyası

 

 
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az