Rəhbərlik


              Həsənov  Əli  Şamil  oğlu 

Azərbaycan Respublikası  Baş nazirinin müavini - Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının  sədri

1948-ci il aprelin 10-da Azərbaycan Respublikası, Cəbrayıl rayonunun  Böyük Mərcanlı kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1964- ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirmişdir. 1964-1969-cu illərdə  Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun mexanika fakültəsində təhsil almışdır. 1981-1985-ci illərdə Bakı Ali Partiya məktəbində oxumuşdur. İxtisasca mühəndis-mexanik, politoloqdur.

Əmək fəaliyyətinə 1969-cu ildə «Azərneftkimyaquraşdırma»Trestinin Birinci Sumqayıt Quraşdırma idarəsində usta kimi başlamışdır. Sonralar həmin idarədə icraçısı, baş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində çalışmışdır. 1978-ci ildən «Kimyasənaye» İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, «Sumqayıt  Kimyasənaye» Birliyində baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən «Üzvi Sintez» İstehsalat Birliyində direktorun tikinti üzrə müavini, 1980-ci ildən Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983- ildən Sumqayıt Şəhər Xalq Deputatları Soveti  İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993- ildən «Azərkimya» Dövlət Şirkəti  prezidentinin müavini, birinci müavini, 1997-ci  ilin oktyabr ayından 2001-ci ilin 23 may tarixinədək Dövlət Ekologiya Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində işləmişdir.

1998-ci il 18 noyabr tarixdən Azərbaycan Respublikası  Baş nazirinin müavini - Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə  Dövlət Komitəsinin sədridir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının    sədridir.

1990-1995-ci illərdə Respublika Ali Sovetinin deputatı, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə “Şöhrətordeni ilə təltif edilmişdir.

2013-cü il 7 iyun tarixdə keçirilən Yeni Azərbaycan Partiyasının V Qurultayında Yeni Azərbaycan Partiyasının sədr müavini seçilmişdir.

Ailəlidir, 2 övladı var.

Tel: 430-09-25

e-poçt:   e.hesenov@refugees-committee.gov.az





            

            
Fərhadov Gəray  Fərhad oğlu

Qaçqınların və Məcburi Köçkünlərin  İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

    1957-ci il yanvarın 1-də Azərbaycan Respublikası, Qubadlı rayonunun Mahruzlu kəndində anadan olmuşdur. Azərbaycanlıdır.

     1974-cü ildə  Qubadlı rayon Mahruzlu kənd orta məktəbinin bitirmiş,  həmin ildə Azərbaycan Politexnik İnstiututunun İnşaat fakultəsinə daxil olub, 1979-cu ildə həmin institutu bitirərək təyinatla Zəngilan rayon Təmir-tikinti sahəsində usta köməkçisi, iş icraçısı və baş mühəndis vəzifəsində çalışmışdır.

   1982-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfat Nazirliyi Qubadlı rayon Təsərrüfathesablı idarəsində baş mühəndis, 1983-cü ildən Qubadlı rayon Aqrar Sənaye Birliyində əsaslı tikinti şöbəsinin rəisi, 1985-ci ildən Qubadlı rayon Təsərrüfathesablı sahədə baş mühəndis, 1988-ci ildən Qubadlı rayonlararası Təmir İstismar İstehsalat birliyində rəis, 1992-ci ildən Qubadlı rayon Tikinti Materialları Kombinatında direktor, 1993-cü ildən Azərkimya Dövlət şirkətinin 1 saylı Tikinti Quraşdırma idarəsində sahə rəisi, əmək haqqı şöbəsinin rəisi, 1998-ci ildən Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində nəzarətçi müfəttiş, bölmə müdiri, sədrin köməkçisi vəzifələrində işləmişdir.

     2001-ci ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində şöbə müdiri, 2009-cu il tarixdən hal-hazıradək Komitə sədrinin müavini vəzifəsində işləyir. YAP-ın üzvüdür.

    Azərbaycan Respublikası Prezdentinin 2012-ci il 22 iyun tarixli Sərancamı ilə  “Dövlət qulluğunda fərqlənməyə görə“   medalı ilə təltif olunmuşdur.  

       Ailəlidir, 3 övladı var.
      
Tel: 431-29-07
        e-poçt:   g.ferhadov@refugees-committee.gov.az

 

              

            Hüseynov Fuad Qubad oğlu

  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini               

       1972-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.
      
1989-cu ildə Bakı şəhəri Binəqədi rayonu 115 saylı orta ümumtəhsil məktəbini qızıl medalla bitirmişdir.
      1989-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub, 1994-cü ildə həmin universiteti bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

    1994-cü ilin fevral ayından Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı Nümayəndəliyində əvvəlcə rəhbərin loqistika (maddi-texniki təchizat və nəqliyyat) məsələləri üzrə köməkçisi, 2000-ci ildən loqistika departamentinin rəhbəri, 2008-ci ildən isə təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışdır.
      2008-ci ildə ABŞ-ın Fritz institutunun və Böyük Britaniyanın Loqistika və Nəqliyyat İnstitutunun humanitar loqistika üzrə 2-illık ixtisas kursunu bitirərək sertifikat ilə təltif olunmuşdur.
      2013-cü ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində işləyir. YAP-ın üzvüdür
      Ailəlidir, 1 övladı var.    
      Tel:  431-27-61
      e-poçt:   f.huseynov@refugees-committee.gov.az


 

         Məhərrəmov Məhəmməd Yusif oğlu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri

1953-cü ildə anadan olub.
       1979-cu ildə Azərbaycan Dövlət Universitetini, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.
        32 il dövlət qulluqçusudur. Uzun müddət partiya və sovet orqanlarında şalışıb.

       2000-2002-ci illərdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində şöbə rəisi işləyib, 2002-2013-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında böyük məsləhətçi, şöbə müdirinin müavini vəzifələrində çalışıb.
       
2013-cü ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Aparatın rəhbəri vəzifəsində işləyir.
         Dövlət qulluğunun baş müşaviridir. YAP-ın üzvüdür.
        2010-cu ildə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunub.
        Ailəlidir, 3 övladı var.

        Tel: 431-51-59
         e-poçt:    mahammad.maharramov@mail.ru 

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az