Elektron Xidmətlər
Elektron Muraciyet
Etik davranis qaydalari
 
 
Ölkəmizdə səfərdə olan nüfuzlu xarici qonaqların məcburi köçkünlərlə görüşləri


ABŞ Konqresi tərəfindən qəbul edilmiş müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən 907-ci düzəlişə səs vermiş bir qurup ABŞ konqresmenlərinin ölkəmizə 1999-cu ilin avqust ayında səfəri zamanı Bakı şəhərində tikintisi yarımçıq qalmış inzibati binada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü






Dünya Bankının ölkələr və regionlar üzrə icraçı direktorlarının 2003-cü il 11 dekabr tarixdə İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanışlığı  

 


1999-cu ilin sentyabrında BMT-nin Qaçqınlar üzrə Ali Komissarı xanım Sadako Oqatanın Biləsuvar rayonu ərazisində salınmış çadır düşərgələrindəki məcburi köçkünlərlə görüşü


         AŞ PA-nın sədri lord Rassel Constonun çadır düşərgələrinə səfəri




       Avropa Şurasının sədri cənab Terri Devisin çadır düşərgələrinə səfəri 



  2004-cü il 5 avqust tarixdə AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi cənab Andreas Qrosun Bakı şəhərində yerləşən tikintisi yarımçıq qalmış binanın zirzəmisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü





2004-cü ilin noyabrında BMT QAK-ın Ali Komissarı cənab Ruud Lubbersin 
çadır düşərgələrinə səfəri




2005-ci ilin fevralında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları  Bürosunun sədri cənab Kristian Ştrohalın  çadır düşərgələrinə səfər




       ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çadır düşərgələrinə səfəri

 

UNESCO-nun Xoşməramlı Səfiri, İspan müğənnisi Xulio İqlesiasın məcburi köçkün uşaqlarla görüşü



2005-ci il 11 dekabr tarixdə İsveçin Miqrasiyavə sığınacaq məsələləri naziri xanım Barbro Holmberq Sabirabad rayonundakı "Qalaqayın" çadır düşərgəsində məcburi köçkünlərlə gürüşü




2006-cı il 2 aprel tarixdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin direktoru cənab Yakob Kellenberqerin Sabirabad rayonundakı “Qalaqayın” çadır düşərgəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü



2006-cı il 22 iyul  tarixdə Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru cənab Branson Makkinlinin Nərimanov rayonundakı tikintisi yarmıçıq qalmış doğum evində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü


2006-cı il 26 iyul tarixdə BMT-nin “Ümumdünya Ərzaq Proqramı”nın icraçı direktoru  cənab Ceyms Morrisin məcburi köçkünlərlə görüşü



2006-cı il 16 avqust tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreşin Beyləqan rayonundakı “Yeni Xocavənd” qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü



2011-ci il 19 may tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreşin məcburi köçkünlərlə görüşü



BMT-nin “Ümumdünya Ərzaq Proqramı”nın rəhbəri Ceyms Moris və BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş səfərlərinin yekunlarına dair mətbuat konfransı keçirərək aşağıdakıları bildirmişlər: “Azərbaycan Prezidentinin ölkədəki bütün qaçqın və məcburi köçkünlər üçün, o cümlədən beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işlər dünyanın əksər ölkələri üçün nümunədir. Bizim Azərbaycan Hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir”.

2007-ci il 6 aprel tarixdə  BMT Baş Katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi cənab Valter Kalinin məcburi köçkünlərlə görüşü


2010-cu il 20 mart tarixdə  BMT Baş Katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi cənab Valter Kalinin məcburi köçkünlərlə görüşü



2011-ci il 25 may tarixdə  BMT Baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, həmçinin 2 saylı Evtikmə Kombinatının ərazisində yeni salınmış yaşayış məhəlləsində  olmuşdur






2011-ci il 16 iyul tarixdə Avropa Parlamentinin üzvlərinin Ağdam rayonunda məcburi köçkünlərlə görüşü



Baş nazirin müavini cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 2011-ci il 7-8 dekabr tarixlərində Cenevrədə BMT-nin  “Qaçqınların  statusu  haqqında”  1951-ci  il  Konvensiyasının  60 və “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” 1961-ci  il  Konvensiyasının  50-ci  ildönümünə  həsr  olunmuş  Birləşmiş Millətlər Təşkilatının üzv dövlətlərinin  nazirləri səviyyəsində keçirilən hökumətlərarası tədbirdə iştirak etmişdir.


Səfər çərçivəsində dekabrın 6-da BMT-nin qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş, BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin (HMƏO) Cenevrə bölməsinin rəhbəri cənab Rəşid Xalikov və Gürcüstan nümayəndə heyətinin rəhbəri, bu ölkənin işğal edilmiş ərazilərindən olan məcburi köçkünlər, yerləşmə və qaçqınlar  naziri cənab Koba Subeliani ilə görüşlər keçirilmişdir. Görüşlərdə Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində ölkəmizdə olan bir milyon qaçqın və məcburi koçkünün vəziyyəti, həmçinin bu sahədə görülmüş işlər və mövcud ehtiyaclar barədə fikir mübadiləsi aparılmışdır.
800 nümayəndənin, 67  nazirin, o cümlədən ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun, Lesotonun Baş nazirinin müavininin, Serbiyanın Baş nazirinin birinci müavininin, Uruqvay və Boliviyanın xarici işlər nazirlərinin, Türkiyənin daxili işlər nazirinin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Hökuməti adından Baş nazirin müavini cənab Əli Həsənov çıxış etmişdir.


BMT-nin qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş ilə görüş



BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin Cenevrə bölməsinin rəhbəri cənab Rəşid Xalikov ilə görüş


Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin qəbulu. 2012-ci il 9 yanvar




2012-ci  il  7 fevral tarixdə  Fransa senatının üzvü xanım Natali Qulinin Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşü


Türkiyəli jurnalistlər və “Franse 24” kanalının əməkdaşları ilə görüşlər (2012-ci il 14 fevral)


Baş nazirin müavini  cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 2012-ci il 5-8 mart tarixlərində Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında  “İşğal olunmuş ərazilər, unudulmuş ərazilər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri” mövzusunda keçirilmiş müzakirələrdə iştirak etmişdir.

Səfər çərçivəsində  martın  5-də Belçika Krallığının Senatının prezidenti xanım Sabin de Betün və Belçika Krallığının millət vəkili, Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Filip Blanşar ilə görüş keçirilmiş, həmçinin”Reuters” agentliyinin və İtaliyanın “II Sole 24 Ore” qəzetinin müxbirlərinə müsahibə verilmişdir. Görüşdə və müsahibələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində ölkəmizdə olan bir milyon qaçqın və məcburi koçkünün sosial vəziyyəti, həmçinin bu sahədə görülmüş işlər və mövcud ehtiyaclar barədə ətraflı məlumat verilmişdir.
Martın 6-da Belçika Federal Parlamentinin Nümayəndələr Palatasında  “İşğal olunmuş ərazilər, unudulmuş ərazilər – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri” mövzusunda keçirilmiş müzakirələr  Azərbaycan və Belçika parlamentlərarası dostluq qruplarının üzvləri, belçikalı parlamentarilər, ekspertlər və qeyri-hökumət təşkilatlarının 100-dən artıq nümayəndəsi iştirak etmişdir.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  cənab Əli Həsənov Azərbaycan Hökuməti adından “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar tərəfləri” mövzusunda çıxış etmişdir.




Baş nazirin müavini  cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 2012-ci il 19-28 avqust tarixlərində Meksika Birləşmiş Ştatlarında səfərdə olmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti Mexiko şəhərinin mərkəzi prospektində  Meksika-Azərbaycan Dostluq Parkının və Mexiko şəhərinin Tarixi Mərkəz adlanan ərazisində Tlakskoake-Xocalı meydanının və orada  Xocalı soyqırımı qurbanlarının şərəfinə ucaldılmış abidənin açılış mərasimində iştirak etmişdir.



Eyni zamanda səfər zamanı Meksika Deputatlar Palatasının sədri Oskar Arse, Meksika Senatının rəhbərliyi və senatorlarla, o cümlədən Senatın Vitse-Prezidenti (sədrinin müavini) Fransisko Arroyo Vieyra, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar Meksika Senatında 2011-ci ildə qəbul edilmiş qərarın müəllifi, senator Karlos Ximenes Masias, Senatda çoxluq təşkil edən İnstitusional İnqilab Partiyasının qrup rəhbəri senator Karlos Navarrete Ruiz ilə geniş tərkibdə görüş keçirilmişdir.
Meksika Deputatlar Palatasının sədri cənab Oskar Arse ilə görüş




                                   Meksika Senatının rəhbərliyi və senatorlarla görüş


 ABŞ Konqres üzvlərinin bir qrup köməkçilərinin məcburi köçkünlərlə görüşü. 2012-ci il 4 aprel




                   Avropa Parlamentinin üzvləri ilə görüş (2012-ci il 31 avqust)


Baş nazirin müavini  cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti  2012-ci il 1-5 oktyabr tarixlərində Cenevrədə səfərdə olmuş və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında iştirak etmişdir.
Cenevrədə, Millətlər Sarayında keçirilən tədbirdə 87 üzv dövlət (o cümlədən MDB-dən 4 üzv dövlət -Azərbaycan, Moldova, Rusiya, Türkmənistan) təmsil olunmaqla yanaşı, müşahidəçi qismində İcraiyyə Komitəsinin üzvü olmayan dövlətlər, BMT agentlikləri və nüfuzlu beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları da iştirak etmişlər.
Səfər çərçivəsində oktyabrın 2-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarı cənab Antonio Quterreş ilə  görüş keçirilmişdir.
Baş nazirin müavini  cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti  2012-ci il 6-8 noyabr tarixlərində Finlandiyada səfərdə olmuş və noyabrın 7-də Finlandiya Parlamentində  Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü  ilə əlaqədar təşkil olunmuş dinləmələrdə iştirak etmişdir.


Səfər çərçivəsində həmçinin Finlandiya Parlamentinin sədri cənab Eero Heynyaluoma ilə görüş keçirilmişdir. 

Baş nazirin müavini  cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti  2012-ci il 22-24 noyabr tarixlərində İspaniyada səfərdə olmuş, noyabrın 22-də İspaniya Senatında 80 senator və deputatın, 70-ə yaxın akademik, professor, media təmsilçisi, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi Azərbaycan ilə İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş “Azərbaycan bu gün Avropada. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi” mövzusunda konfransda iştirak etmişdir.



Səfər çərçivəsində həmçinin İspaniya Senatının sədri cənab Pio Qarsıya-Eskudero Markus,  İspaniya Senatının sədr müavini  cənab  Xuan Xose Lukas və İspaniyanın xarici işlər naziri cənab Xose Manuel Qarsiya Marqalo ilə görüş keçirilmişdir.

 

Baş nazirin müavini  cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti  2012-ci il 13-15 dekabr tarixlərində Andorra Knyazlığında səfərdə olmuş və  Andorra Knyazlığının Baş Şurasının binasında keçirilmiş “Azərbaycan bu gün Avropada. Azərbaycan və Andorra arasında etimadın qurulması” adlı konfransda iştirak etmişdir.

Səfər çərçivəsində dekabrın 14-də Andorra Knyazlığının Parlamentinin (Baş Şura) sədri cənab Visens Mateu Zamora ilə görüş keçirilmişdir.

Avropa Parlamentinin nümayəndə heyəti məcburi köçkünlər üçün salınmış məhəllə ilə tanış olurlar (2013-cü il 3 may)


Norveç  Qaçqınlar Şurasının Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin əməkdaşlarının məcburi köçkünlərlə görüşü (2013-cü il 15 may)


Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidzenin başçılıq etdiyi nümayəndə heyəti 10
iyun 2013-cü il tarixdə Komitədə və bir sıra dövlət orqanlarında qəbul edilmiş, həmçinin Qaradağ və Binəqədi rayonları ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşləri təşkil edilmişdir.




BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani  2014-cü il mayın 18-dən 24-dək  Azərbaycanda səfərdə olmuş, Komitədə və bir sıra dövlət orqanlarında görüşlər keçirmiş, həmçinin məcburi köçkünlərin məskunlaşdıqları ərazilərə baş çəkmiş və səfərin sonunda keçirdiyi  mətbuat konfransında məcburi köçkünlərin bütün sahələrdə dövlət tərəfindən dəstəklənməsini olduqca müsbət hal və digər münaqişə ölkələri üçün yaxşı nümunə kimi dəyərləndirmiş, Azərbaycanın qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu siyasət aparan və müsbət nəticələr əldə edən bir ölkə olduğunu, səfər zamanı bunun bir daha şahidi olduğunu bildirmişdir.












Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter 2014-cü il iyunun 2-də bir qrup məcburi köçkünlə görüşmüşdür.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun iştirak etdiyi görüşdə ali qonağa Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdir.

   

2014-cü il 29 sentyabr-3 oktyabr tarixlərində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti  İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin növbəti 65-ci sessiyasında iştirak və çıxış etmişdir.

Tədbir zamanı həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş və Somalinin xarici işlər naziri Hon Buri Hamza ilə görüşlər keçirilmişdir.

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun  başçılıq etdiyi nümayəndə heyəti  5 noyabr 2014-cü il tarixdə Komitədə qəbul edilmiş, həmçinin Abşeron və Binəqədi rayonları ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşləri təşkil edilmişdir.




2014-cü il 23-27 noyabr tarixlərində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti   İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah naziri Əli Rəbiinin dəvəti əsasında  İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur. 

Səfər müddətində Baş nazirin müavini Əli Həsənov İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn  Ənvəri, Kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii, İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin baş direktoru Mirəhməd Musəvi,  İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi, İran İslam Respublikasının birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşmüşdür.
 


Öz doğma torpaqlarından zorla qovulmuş insanların üzləşdikləri bütün  problemlərin fundamental həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və qaçqınların, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətlə qayıtmasıdır.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti 2015-ci il 29 mart - 1 aprel tarixlərində Küveyt şəhərində keçiriləcək Suriya üzrə Üçüncü Donor Konfrasında işitirak etmək məqsədi ilə Küveyt şəhərində rəsmi səfərdə olmuşdur.

Martın 31-də Küveyt Əmirliyinə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Baş nazirin müavini Əli Həsənov Küveyt Dövlətinin Baş naziri Şeyx Cabir Əl-Mübarək Əl-Hamad Əl-Sabah, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun,  BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, Küveyt Dövlətinin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Məhəmməd Xalid Əl-Sabah, BMT baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Mətuq, Küveytin vəqflər nazirinin müavini, Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sədri doktor Adil Əl-Fələh ilə görüşlər keçirmişdir.

 



 


  İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti 15-17 aprel 2015 -ci il tarixdə  ölkəmizdə səfərdə olmuş, səfər proqramı çərçivəsində  nümayəndə heyəti Komitədə və bir sıra dövlət orqanlarında qəbul edilmiş, həmçinin Abşeron  rayonları ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşləri təşkil edilmişdir.









 

Ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri , Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyəti 2015-ci il aprelin 28-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə və Yasamal rayonu ərazisində yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.



 

2015-ci il 14 iyun tarixdə ATƏT-in Minsk Qurupunun üzvlərinin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovla və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yeni salınmış yaşayış kompleksində məcburi köçkünlərlə görüşü






 

2015-ci il 26-31 avqust tarixlərində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti  Yaponiyanın xarici işlər naziri Fumio Kişidayanın dəvətinə əsasən Yaponiyada rəsmi səfərdə olmuşdur. 

Səfər müddətində Baş nazirin müavini Əli Həsənov Yaponiya xarici işlər nazirinin müavini, hakim Liberal Demokratik Partiyadan parlamentin üzvü Kentaro Sonoura, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) vitse-prezidenti xanım Kae Yanaqisava, Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) icraçı katibinin müavini, xarici əlaqələr bürosunun sədri, parlamentin deputatı Yasukazu Hamada və Yaponiyanın  “Fuji Optical Co.LTD” şirkətinin  rəhbəri, dünya şöhrətli optometrist Akio Kanai ilə görüşmüşdür.

 


2016-cı il 19-21 aprel tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT Baş Məclisinin dünya narkotiklər probleminə və onunla mübarizəyə həsr olunan 30-cu xüsusi sessiyasında iştirak etmişdir.




Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq 3 sentyabr 2015-ci il tarixdə   Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində  və Yasamal rayonu ərazisində  məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.

 





2015-ci il 16-17 dekabr tarixlərində  Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti  İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Müdafiənin Vəzifələri üzrə Dialoqunun ”Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda növbəti 8-ci yüksək səviyyəli görüşündə iştirak və çıxış etmişdir.

Səfər müddətində Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Svinq və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş ilə görüşmüşdür.







2017-ci il 2-6 oktyabr tarixlərində  Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti  İsveçrənin Cenevrə şəhərində   BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyasında iştirak və çıxış etmişdir.

Səfər müddətində Baş nazirin müavini Əli Həsənov BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi,  BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller  ilə görüşmüşdür. Azərbaycan nümayəndə heyəti həmçinin səfər zamanı Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılış mərasimində iştirak edib.




 

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az