Dövlət Komitəsində Böyük Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri ilə görüş keçirilib 12.6.2018
Dövlət Komitəsində Böyük Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri ilə görüş keçirilib
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 11-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri Rupert Eynli ilə görüşüb.
Dövlət Komitəsinin sədri Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox məcburi köçkünün sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən də bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində 300 minə yaxın məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Qeyd edilib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlərin öz evlərinə qayıtmaları ilə artıq respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış sakinlərin doğma yurda qayıdışı başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamına əsasən, kənddə birinci mərhələdə 50 ev tikilib istifadəyə verilib. İkinci mərhələdə tikilən 100 yaşayış evindən 50-nə kəndin respublikanın müxtəlif yerlərində məskunlaşmış sakinləri köçürülüb. Məcburi köçkünlərin Cocuq Mərcanlıya qayıdışı davam edir.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri Rupert Eynli ölkəsinin Azərbaycan ilə strateji əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Böyük Britaniyanın humanitar təşkilatlarının bundan sonra da Azərbaycanda məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
 
 
idpsCopyright © 2018
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az