Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərin müraciətlərini dinləyib 22.6.2018
Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərin müraciətlərini dinləyib
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehdiyev ümummilli lider Heydər Əliyevin abidəsini və Kəlbəcər Şəhidlərinin Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilən qəbulda Komitə sədri Rövşən Rzayev Gəncə şəhərində, Samux, Göygöl rayonlarında müvəqqəti məskunlaşmış və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin müraciətlərinə baxıb.
Əvvəlcə Dövlət Komitəsinin sədri qəbula gələn 70 nəfərədək məcburi köçkünün müraciətini ayrı-ayrılıqda dinləyib.
Sonra eyni məsələlərlə bağlı müraciət edən 100 nəfərədək məcburi köçkün sədr tərəfindən ümumilikdə qəbul edilib və müraciətləri dinlənilib.
Qəbula gələnlər komitə sədrinə əsasən mənzillə təminat, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət ediblər. Bütün müraciətlər Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.
 
 
idpsCopyright © 2018
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az