Qaradağ rayonunda məcburi köçkünlərlə görüş olub 12.7.2018
Qaradağ rayonunda məcburi köçkünlərlə görüş olub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhərində qəzalı binalarda, yararsız tikililərdə, yaşayış üçün təhlükəli yerlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrasını davam etdirir.
Dövlət Komitəsinin sədri bu məqsədlə Bakının Qaradağ rayonunda qamış tipli üçmərtəbəli qəzalı binalarda müvəqqəti məskunlaşmış 37 məcburi köçkün ailəsi ilə görüşüb.
Dövlət Komitəsinin sədri onların problemləri ilə yerində tanış olub, qayğılarını dinləyib, suallarını cavablandırıb. Məcburi köçkünlərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
 
 
idpsCopyright © 2018
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az