|
|
||||||||||||
|
Ermənistan-Azərbaycan münaqişəsi
|
“Azərbaycan:Məcburi köçkünlərin müdafiəsindəki boşluqların təhlili” hesabatının təqdimatı olmuşdur. Martın 3-də Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) “Azərbaycan: məcburi köçkünlərin müdafiəsindəki boşluqların təhlili“ hesabatının təqdimatı olmuşdur.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, yekun hesabat Azərbaycan hökuməti tərəfindən nəzərdən keçirilmiş, düzəlişlər üçün rəy və təkliflər bildirilmişdir. Prezident İlham Əliyev Qəbələdə yeni salınmış məhəllənin açılış mərasimində məcburi köçkünlərlə görüşmüş və çıxış etmişdir. Prezident İlham Əliyev fevralın 27-də Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV yeni mənzil alan məcburi köçkünləri təbrik edərək dedi: - Mən sizi ürəkdən salamlayıram və məcburi köçkünləri yeni gözəl evlərin istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Prezident İlham Əliyev Qəbələdə məcburi köçkünlər üçün salınmış məhəllənin açılış mərasimində iştirak etmişdir. Fevralın 27-də Prezident İlham Əliyev Qəbələnin Zarağan kəndində məcburi köçkünlər üçün salınmış məhəllədə olmuşdur.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezident İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə edilmiş Əlavələrə uyğun olaraq Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində məcburi köçkün ailələri üçün məhəllə salınmışdır. Məcburi köçkün ailələrinin mənzil –məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 63 yeni qəsəbə salınmış, 100 min nəfərədək soydaşımız yeni evlərə köçürülmüş, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə müəssisələri və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl davam etdirilir.
Ölkəmizdə səfərdə olan Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuzu Baş nazirin müavini Əli Həsənov qəbul etmişdir. Ölkəmizdə səfərdə olan Türkiyənin Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAD) rəhbəri Cəlal Cem Oğuz fevralın 10-da Baş nazirin müavini-Dövlətqaçqınkomun sədri Əli Həsənovla görüşüb.
|
|||||||||||
Copyright © 2008AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ The address of committee: Baku, Tbilisi Ave., 57 Tel/fax: (99412) 430 09 21, 430 09 25 Email: info@refugee.gov.az |
||||||||||||